21 İyun 00:38
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alimlər buludların qlobal istiləşməyə təsirini aşkar ediblər.

Teleqraf.com xəbər verir ki, Almaniya və Çindən olan beynəlxalq alimlər qrupu Yerin bulud örtüyündə asimmetrik dəyişikliklər aşkar ediblər. Bu barədə araşdırma "Science Advances" (SciAdv) elmi jurnalında dərc olunub.

Araşdırmalar göstərib ki, gündüz saatlarında buludlar günəş işığını kosmosa əks etdirir, gecələr isə yorğan kimi istiliyi saxlayır. Bulud strukturunun dəyişdiyini aşkarlayan ekspertlərə görə, buludların soyutma effekti gündüzlər azalıb, gecələr isə artıb: “Qlobal miqyasda gündüzlər buludluluq azaldığından gün ərzində qısa dalğalı albedo effekti zəifləyib və gün batdıqdan sonra uzun dalğalı istixana effekti artıb”.

Komandanın tədqiqatları 1970-ci ildən 2014-cü ilə qədər olan iqlim qeydlərini və 2100-ə qədər olan proqnozları əhatə edən peyk məlumatlarına və kompüter simulyasiyalarına əsaslanır.


Müəllif: Arzu

Oxşar xəbərlər