İngiltərədə Baş nazirin iqamətgahında siçan ovlamaq üçün işə götürülən Larri adlı pişik vəzifədə olduğu müddətdə beş fərqli nazir yola salıb.
Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, Larri 2011-ci ildə iqamətgahda canlı yayım zamanı siçan görünəndən sonra işə götürülüb.
2007-ci ildə doğulduğu düşünülən və 17 yaşdan yuxarı olduğu güman edilən Larri 10 ildən artıqdır ki, Baş nazirin iqamətgahında və onun ətrafında yaşayır.
Baş nazirin iqamətgahı və ofisinin tarixində ilk dəfə Larri "Baş siçan ustası" olaraq qeyd edilib. Baş nazirliyin rəsmi internet saytındakı pişiyi tanıdan rəsmi tərcümeyi-halına görə, Larri siçan tutmaq qabiliyyətinə görə seçilib.
Qeyd edək ki, Larri 1989-cu ildə "Dəmir Ledi" Marqaret Tetçer tərəfindən sahiblənilən və 1997-ci ildə təqaüdə çıxan küçə pişiyi "Humprey"dən sonra bu vəzifəni tutan ilk pişikdir.