8 İyul 11:14
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsti havalar insan beyninin fəaliyyətini azaldır və cinayətə meyli artırır.

Teleqraf.com xəbər verir ki, bu qənaətə ABŞ-nin Vaşinqton Dövlət Universitetinin tədqiqatçıları gəlib.

İsti hava ilə antisosial davranış arasında əlaqə uzun müddətdir alimləri maraqlandırır. Psixoloqlar və digər mütəxəssislər yüksək temperaturla artan məişət zorakılığı, aqressiya, təcavüz, intihar, narkotiklərdən istifadə və digər bu kimi amillər arasında əlaqəni araşdırıblar.

Tədqiqatın əsas müəllifi, psixoloq Kimberli Meydenbauerin sözlərinə görə, istilər zamanı impulsiv davranışa yol verən insanların sayının artması narahatlıq doğurur.

“İdeya ondan ibarətdir ki, əgər siz daha impulsivsinizsə, narkotik maddələrdən sui-istifadə və özünə zərər vermək də daxil olmaqla, riskli davranışlarla məşğul olma ehtimalınız daha yüksəkdir. Temperatur aşağı düşdükdən sonra belə, impulsivlik bir müddət davam edir”, - psixoloq deyir.

Alimlər hesab edirlər ki, istilik planlaşdırma, özünü idarəetmə və emosional funksiyalar üçün vacib olan beynin prefrontal korteksinə təsir edir. Mütəxəssislərə görə, istilik ruhi xəstəliklərin müalicəsində istifadə edilən bir çox psixotrop dərmanlara da təsir edir, bu da özünə zərər verən faktor ola bilər. Bundan əlavə, aqressiyanın bəzi növləri impulsiv davranışla əlaqələndirilir.

“Gələcəkdə soyutma infrastrukturuna diqqət yetirməliyik. Bura passiv soyutma sistemləri ilə dizayn edilmiş binalar və istiliyin təsirini azaldan yaşıl şəhər əraziləri daxildir”, - Meydenbauer bildirir.

Onun fikrincə, kondisionerlər problemi qısamüddətli həll edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər