Filippində axtarışda olan şəxslərin xarici görünüşünü dəyişən xəstəxanalar aşkar edilib.
Teleqraf.com xəbər berir ki, polis belə xəstəxanalarda cinayətkarın "dəyişilməsi" üçün lazım olan bütün məhsul və avadanlıqların olduğunu bildirib.
Filippində onlayn qumar saytları olan "poqos"lar cinayətkarlara görünüşlərini dəyişdirməkdə vasitəçilik ediblər.
Faktla bağlı 3 həkim, 1 əczaçı və 1 tibb bacısı həbs edilib.
Xəbərdə qeyd olunur ki, polislər xəstəxananın izinə 2022-ci ildən axtarışda olan və tanınmaması üçün plastik əməliyyat etdirən çinli mafia rəhbərinin həbsindən sonra düşüb.