Rusiyada “Smartavia” təyyarəsinin sərnişini salondakı istiyə dözməyib qəza lükunu açıb.
Teleqraf.com xəbər verir ki, hadisə təyyarə havaya qalxmazdan əvvəl baş verib.
Təyyarədə yaranan problemə görə uçuş təxirə salınıb. Təyyarədə olan sərnişinlər isə bir saatdan çox gözləməli olublar.
Sərnişinlər bildirir ki, bu müddət ərzində onlara su belə təklif olunmayıb. Havasızlıq səbəbindən sərnişinlərdən biri qəza lükunu açıq, stüardessalar bunun ciddi qayda pozuntusu olduğunu bildiriblər.
Nəticədə həmin şəxs təyyarədən çıxarılaraq polisə aparılıb.