19 İyul 21:59
966
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli futbolçu Arda Turanın anası Yüksel Turan “tikinti çirklənməsinə səbəb olmaq” ittihamı ilə 10 ay müddətinə azadlıqdan məhrum edilib.

Teleqraf.com xəbər verir ki, o, evində qanunsuz tikinti aparmaq ittihamı ilə mühakimə olunub.

Bayrampaşa Bələdiyyəsi tərəfindən aparılan araşdırmalarda zirzəmi, 1, 2 və 3-cü mərtəbələrdən ibarət binada yaşayış olduğu halda xanım Turanın tikiliyə qeyri-qanuni çardaq əlavə etdiyi müəyyən edilib. Ona 5 il müddətinə həbs cəzası istənilsə də, məhkəmənin qərarı ilə 10 ay azadlıqdan məhrum edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər