"Apple" 2025-ci ildə nazik korpuslu ucuz smartfon buraxmağı planlaşdırır.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, yeni cihaz nazik korpusa, sadələşdirilmiş "A19" prosessoruna, bir kameraya və "iPhone Air" adına malik olacaq. Cihazın qiyməti təxminən "iPhone 15 Plus" ilə eyni qiymətə, yəni 899 dollar olacaq.
Qeyd edək ki, “Apple” böyük displeyli telefonların satışından narazıdır.
Çox güman ki, şirkət "Air" modelindən əlavə 2025-ci ildə "iPhone 17", "17 Pro" və "17 Pro Max" modellərini təqdim edəcək.