Elm adamları 100 il əvvəl İraq ərazisində aşkar edilmiş 4000 illik mixi yazıları deşifrə ediblər.
Teleqraf.com xəbər verir ki, qeydlər Ay tutulması, ölüm, fəlakət və epidemiya ilə bağlıdır.
“Qeydlər dörd gil kərpic üzərində mixi hərflərlə yazılıb”, - London Universitetinin professoru Endryu Corc və tədqiqatçı Yunko Taniqutinin məqaləsində deyilir.
Mixi yazılardan birində qeyd olunur ki, tutulma mərkəzdə olsa, hökmdar ölər, Elam məhv olar.
Elam qədim Mesopotamiyanın bir bölgəsi idi.
Digər qeyd isə belədir: “Əgər tutulma cənubdan başlayarsa, bu, Subartu və Akkadın süqutu deməkdir”.
Elm adamlarına görə, bu əlamətlərdən bəzilərinin mənşəyi faktiki təcrübədə gizlənə bilər, əlamətlər fəlakətlərlə izlənilib.