23 Sentyabr 12:38
8 710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elm adamları Cənubi Afrikadakı sirli petroqlifin təxminən 250 milyon il əvvəl - dinozavrlarla eyni dövrdə yaşamış bir canlını təsvir etdiyini üzə çıxarıblar.

Teleqraf.com xəbər verir ki, alimlərin gəldikləri nəticə “Plos One” jurnalında dərc olunub.

Nəhəng sürünənlərin nəsli Təbaşir dövrünün sonunda, ən qədim əcdadlarımızın meydana çıxmasından təxminən 60 milyon il əvvəl kəsilib.

Elmi məqalədə əminliklə iddia edilir ki, Cənubi Afrikanın Kissberq dağlarında bir mağarada tapılan “Buynuzlu İlan” adlandırılan rəsm təxminən 260 milyon il öncə - dinozavrlardan əvvəl nəsli kəsilmiş bir heyvana aiddir.

Arxeoloqların fikrincə, bu petroqlifin müəllifləri bölgənin ən qədim mədəniyyətlərindən biri sayılan və ən azı son 20 min ildə Afrikanın cənubunda yaşamış qədim San xalqının (Buşmenlər - red.) nümayəndələridir.

Elm adamları hesab edirlər ki, naməlum qədim heyvan həm də san xalqının inancının qəhrəmanı olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər