Rusiya-Çin peyki son sınaqlardan keçib və “Vostoçni” kosmodromundan buraxılmağa hazırdır.
Teleqraf.com xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Kosmik gəminin hazırlanması Amur Dövlət Universitetinin və Harbin Politexnik Universitetinin tələbələri və aspirantları tərəfindən həyata keçirilib. Peykin son sınaqları Moskva Dövlət Universitetinin Nüvə Fizikası Elmi-Tədqiqat İnstitutunda baş tutub.