11 Aprel 2016 14:53
2 262
12 Punto 14 Punto 16 Punto 18 Punto

“18 yaşımdan televiziyada işləyirəm”

“Şarm”, “İncilər” verilişinin aparıcısı Samirə Rüstəmova Teleqraf.com-a müsahibə verib. Müsahibəni təqdim edirik.

- Samirə xanım, hazırda efirdə görünmürsünüz. Son olaraq “İncilər” verilişinin aparıcısı olmusunuz…
- Bəli, son olaraq “İncilər” verilişinin aparıcısı olmuşam. Amma bir müddət də işləməyəcəm. Ana olmuşam, övladım hələ ki, balacadır. Amma bu o demək deyil ki, artıq layihələrdən imtina edəcəm, heç bir layihədə iştirak etməyəcəm. Sadəcə olaraq, hələlik uşağımla məşğul olacam. Hazırda müxtəlif kanallardan təkliflər var və bir neçə layihə üzərində işləyirəm. "İncilər" proqramda bir müddət aparıcılıq etdim, mənim üçün o veriliş çox doğmadır. “Şarm”, “Sirr” proqramlarının da aparıcısı olmuşam. “İncilər”in yaradıcı kollektivi çox doğmadır. Amma yenə də irəliləmək, yeni layihələr hazırlamaq lazımdır. Bəlkə də tamamilə fərqli bir layihədə çalışacam. Ona görə hansı proqramla fəaliyyətə başlayacağımı tam dəqiq deyə bilmərəm.

- Ana oldunuz və buna görə efirdən kənarlaşmısınız. Bu sizin üçün çətin deyil ki?
- Xeyr çətin deyil. Çünki 18 yaşımdan televiziyada işləyirəm. Ona görə bu müddət mənim üçün böyük bir istirahət oldu, həm mənəvi, həm də fiziki baxımdan. Övlad sahibi olmaq elə gözəl hissdir ki, insana başqa heç nə haqqında düşünmür. Həm də hamiləlik dövründə də həyat yoldaşımla müəyyən tədbirlərdə, fotosessiyalarda iştirak edirdim. Yəni mən işdən tam ayrıldığımı hiss etmədim. Lazım olanda müəyyən tədbirlərə gedirəm. Hətta yoldaşımı çəkilişlərə dəvət edəndə mən də o tədbirlərə qonaq qismində gedirəm. Efirə çıxmasam da, o mühitdə oluram. Ona görə efirdən kənara çıxdığımı hiss etmirəm.

- Oğlunuza siz baxırsınız, yoxsa dayəsi var?
- Hələ ki, oğlum çox balacadır. Onu heç bir dayəyə etibar edə bilmərəm. Oğluma baxmaqda anam və yaxınlarım kömək edir.

- Həyat yoldaşınız sizin sənətinizi dəstəkləyirmi?
- Bəli, dəstəkləyir. Hər zaman yanımdadır.

- Sizə hansısa qadağa qoyurmu?
- Heç bir qadağa qoymur. Həyat yoldaşım ixtisasca psixoloqdur. Düzdür, hazırda psixoloq kimi çalışmır. Biznes məsləhət şirkətlərinin birində fəaliyyət göstərir. Amma yenə də psixoloq olduğu üçün heç bir problem yaşamıram. Hər zaman dəstək olur.

- Həyat yoldaşınızla necə tanış olmusunuz? Hər biriniz başqa-başqa sahənin insanlarınız…
- Həyat yoldaşımla əməkdaşlıq edirdik. Sahələrimiz qeyd etdiyiniz kimi tamamilə fərqlidir, mən aparıcı, o psixoloqdur. Birlikdə bir filmin ssenarisini yazırdıq. Ona baş redaktor kimi kömək edirdim. Bir il dost olduq, hətta evlilik təklifi edəndə də mənə “siz” deyərək müraciət edirdi. Ailə qurana qədər aramızda, hörmət, anlayış olub və bu gün də davam edir.

Kənan Rəhimov (aparıcının həyat yoldaşı): Geyiminə və hər şeyə qadağa qoymuşam (gülür).
S.Rüstəmova: Yox, zarafat edir. O bilir ki, heç bir çərçivəni aşmıram. Ona görə nəyəsə qadağa qoymağa ehtiyac yoxdur.

- Nəyəsə görə konflikt yaşamısınızmı?
S.Rüstəmova: İndiyə qədər heç bir konfliktimiz olmayıb. Bunu kimə deyirəm, heç kim inanmır...
K.Rəhimov: Konfliktimiz olub. Mən düşünürəm ki, uşağı tərbiyə edərkən azad böyütmək lazımdır. Amma Samirə kəskin tərbiyə tərəfdarıdır. Deyir ki, uşağı öz başına buraxmaq olmaz. Bu məsələdə fikrimiz üst-üstə düşmür. Yəqin ki, buna görə ciddi müzakirələrimiz olacaq. Amma mübahisəmiz olmayıb.

- Övladınızı gələcəkdə hansı sahədə görmək istərdiniz, psixoloq, yoxsa aparıcı?
S.Rüstəmova: Övladımı gələcəkdə həkim kimi görmək istəyirəm. Çünki həyat yoldaşımın ailəsi həkimdir. Amma yenə də öz seçiminə baxır.

- Rəqabət apardığınız aparıcı varmı?
- Məndə rəqib olmaq, rəqabət aparmaq kimi hiss yoxdur. Bir yerdə çalışdığım əməkdaşlarımız arasında heç vaxt bunu hiss etməmişəm. Bütün aparıcılarla dostluq münasibətim var. H Küsülü olduğum həmkarım yoxdur. Mən konfliktli insan deyiləm. ATV telekanalında çalışdığım dövrdə də heç bir həmkarımla konfliktim olmayıb.

- “Şarm” verilişiniz daha populyar idi. Sanki “İncilər” verilişi onun qədər reytinqli olmadı...
- “Şarm” verilişi yarananda o tipli proqramlar yox idi. Yalnız o veriliş gözəlik, qadınlar və s. haqqında idi. Amma indi qadınlar haqqında verilişlər çoxdur və eləcə də internetdə o haqda məlumatlar yetərincədir. Bəlkə də ona görə. Amma mən deməzdim ki, “Şarm” “İncilər” proqramından daha üstün idi.

- Xanımlar ana olduqdan sonra adətən kilo alırlar. Amma sizdə bu hiss edilmədi...
- Heç vaxt pəhriz saxlamamışam. Ara-sıra idmanla məşğul olmuşam.

- Son vaxtlar televiziyaya maraq azalıb. Siz necə, Azərbaycan kanallarını izləyirsinizmi?
- Televiziyalarımıza sadəcə, həmkarlarımın işlərini izləmək üçün baxıram. Xəbərim olur ki, nələr baş verir. Amma bütün günü televiziya qarşında oturmuram. Heç öz verilişlərimi izləməyə vaxtım olmurdu.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər