4 Fevral 2021 09:05
5 745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meyxanaçı Rövşən Binəqədili Teleqraf.com-a müsahibə verib.

Müsahibədə sənətçi yaradıcı fəaliyyətindən və gələcək planlarından danışıb.
Həmkarları ilə münasibətlərinə diqqət çəkən Rövşən Binəqədili yeni filmə çəkiləcəyini, habelə yaxın günlərdə yeni mahnısını təqdim edəcəyini bildirib.

O, yeni ifasının Vətən Müharibəsi şəhidlərinə həsr olunduğunu bildirib.

Rövşən Binəqədili Vətən Müharibəsi dövründə sosial şəbəkələrdə trendə və müzakirə mövzusuna çevrilmiş “Can gedirik almağa” mahnısını da səsləndirib.

Binəqədili sözügedən mahnının ötən ilin iyul ayında baş verən Tovuz döyüşləri zamanı yazıldığını, amma Vətən Müharibəsində trendə çevrildiyini deyib.

Həmin ifanı təqdim edirik.


Müəllif: Rəqsanə Həsənova