6 May 2021 17:13
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 5-də Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi keçirilib.

Bu barədə Teleqraf.com-a Azərbaycanın Misirdəki səfirliyindən məlumat verilib.

Məlumata görə, Qahirədə tarixi Opera kompleksinin Salah Tahir adına sərgi salonunda Azərbaycan rəssamlarının işləri nümayiş etdirilib.

Azərbaycanın Misirdəki səfirliyi və Qahirə Opera Evi tərəfindən təşkil olunan “Xarı bülbül” adlı sərgidə Azərbaycan xalq rəssamlarının tabloları ilə yanaşı gənc rəssamlarımızın işləri də sənətsevərlərin diqqətinə təqdim olunub.

Sərginin ilk günündə Misir Mədəniyyət Nazirliyinin, ölkədə akkreditə olunan diplomatik korpusun və ölkənin kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Sərgi misirli sənətsevərlərin də böyük marağına səbəb olub.

Qeyd edək ki, “Xarı bülbül” adlı sərgi Misir KİV-lərində geniş şəkildə işıqlandırılıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər