25 Noyabr 2022 15:25
470
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran Dövlət Universitetinin (LDU) əməkdaşları təltif edilib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, LDU-nun 30 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə universitetin aşağıdakı əməkdaşlarına “Əməkdar müəllim” fəxri adı verilib:

Ağazadə Yədulla Bəbir oğlu

Əzizov Sənan Qərib oğlu.

Bundan əlavə, dövlət başçısının digər sərəncamı ilə LDU-nun 30 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə universitetinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif ediliblər:

Ağayeva Məlahət Əli qızı

Mahmudov Kamal Fətulla oğlu

Şahqubadbəyli Ənvər Xandadaş oğlu.


Müəllif: Teleqraf.com