Azərbaycanda yeni medallar təsis edilib.
Teleqraf.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklikləri təsdiqləyib.
Beləliklə, dəyişikliklə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998-2023)”, Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993-2023)”, Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993-2023)” və “Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993-2023)” ilə əlaqədar yubiley medalları təsis edilib.