Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov 8 Noyabr - Zəfər Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
Teleqraf.com xəbər verir ki, səfir bu barədə "X" hesabında yazıb.
O, Azərbaycan xalqına firəvanlıq, davamlı tərəqqi və rifah arzulayıb: "Bütün Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibəti ilə təbrik edirəm. Dost Azərbaycan xalqına firəvanlıq, davamlı tərəqqi və rifah arzulayıram".