23 Aprel 13:29
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bayram paradının məşqi zamanı Malayziyanın Hərbi Dəniz Qüvvələrinin helikopterlərinin toqquşması nəticəsində vətəndaşların həlak olması ilə əlaqədar bu ölkəyə başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan XİN “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Malayziya Hərbi Dəniz Qüvvələrinin helikopterlərinin toqquşması xəbərindən dərindən kədərlənərək, bu dəhşətli faciə qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, - paylaşımda qeyd edilib.

Xatırladaq ki, Malayziyada Hərbi Dəniz Qüvvələrinin 90 illiyi münasibətilə keçirilən paradın məşqi zamanı iki helikopter havada toqquşub. Ölkənin yanğınsöndürmə və xilasetmə xidmətinin məlumatına görə, hadisə nəticəsində 10 ekipaj üzvü həlak olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər