“Səhliyalı” müəssisəsi Azərbaycan ordusuna öz dəstəyini nümayiş etdirib.
Şirkətin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, müəssisə sentyabr ayının 27-si səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində atəşkəsi kobud şəkildə pozması, bunun nəticəsində ordumuzun başlatdığı antiterror əməliyyatı və qazanılan uğurlara dəstək məqsədilə əsgər və zabitlərimiz üçün “Min Bərəkət, Halal Nemət” brendinə məxsus, xüsusi reseptura ilə hazırlanmış, üzərinə “Əsgər payı, satışı qadağandır!” etiketi vurulmuş 5000 ədəd (təxminən 2.5 ton) kolbasa, 2000 qutu müxtəlif adda siqaret və 2 ton qablaşdırılmış su göndərib:
“Son günlər ordumuzun həyata keçirdiyi əməliyyatlar və qazanılan uğurlar hər kəs kimi bizi də qürurlandırır. Düzdür, ötən gün Müdafiə Nazirliyi məlumat yayaraq qeyd etdi ki, hazırda Azərbaycan Ordusunun heç bir yardıma ehtiyacı yoxdur. Ancaq biz də şirkət olaraq zabit və əsgərlərimizin qazandıqları uğurlara dəstəyimizi bu cür göstərməyi özümüzə borc bilirik. Daim həmrəy olan insanlarımızın son günlər bir-birilərinə göstərdikləri daha isti münasibət bir vətəndaş və ölkədə fəaliyyət göstərən şirkət kimi bizi də qürurlandırır. Bu aksiyanı başlatmaqla digər şirkətləri də bu məsələdə aktiv olamağa səsləyirik. Qısa zamanda qələbə xəbərləri eşidəcəyimizə, qaçqın və məcburi köçkünlərimizin tezliklə öz yurd-yuvalarına qovuşacaqlarına əminliyimizi ifadə edirik”, – deyə şirkətdən qeyd edilib.