Azərbaycan Ordusunun əks-hücum əməliyyatları cəbhə istiqamətinə uğurla davam edir.
Teleqraf.com xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib:
"Ermənistan yenə də guya Azərbaycanın hərbi uçuş təyyarələrinin vurulması kimi fake xəbərlər yayır. Bir daha bildiririk ki, Azərbaycanın heç bir hava qüvvəsi vurulmayıb. Vətəndaşları Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyə çağırırıq.
Suqovuşan-Ağdarə istiqamətində döyüşlər zamanı düşmənin 77-ci tam taboru məhv edilib, 3 tankı qənimət götürülüb, 4 avtomobili məhv edilib. Düşmən tərəfdə çoxlu sayda ölən və yaralanan var. Müxtəlif istiqamətlərdə düşmənin aktivliyinin qarşısı alınır. Düşmən tərəfi artıq 60-70 yaşlarında qadınları da döyüşə göndərir. Belə görünür ki, qadınları müharibəyə cəlb edən düşmənin son ehtiyat qüvvəsi olacaq".