“Bir il öncə “Qarabağ Ermənistandır” deyən, oğurlanmış və təhrif olunmuş Azərbaycan rəqsinin sədaları altında Şuşada, Cıdır düzündə meymunluq edən Nikol Paşinyan ordumuzun şanlı zəfərlərindən sonra “Ermənistan Dağlıq Qarabağ münaqişəsində güzəştə getməyə hazırdır, əgər Azərbaycan da buna hazır olsa...” deyir”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, bu yanaşma sübuta yetirir ki, Ermənistan beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, dünyanın əksər dövlətlərinin mövqeyini ifadə edən İslam Konfransı Təşkilatı, NATO, Avropa İttifaqı, Avropa Parlamenti və digər beynəlxalq təsisatların Azərbaycan ərazilərinin işğalına son qoyulmasını tələb edən sənədlərinə deyil, yalnız gücə hörmət bəsləyir:
“Ermənistan gücdən başqa dil tanımır və bu işğalçı ölkənin təcavüzkar, şərəfsiz hərbi cinayətkarların rəhbərlik etdiyi ordusunu çıxdıqları, yaxud gəldikləri yerə qədər qovmaq lazımdır ki, dünyaya meydan oxumağın sonunun nə olduğunu anlasınlar. Ermənistan birdəfəlik anlamalıdır ki, ayaqlarını altına yığıb Azərbaycanın tarixi torpaqlarında ona zorla biçilmiş sərhədlərin çərçivəsində qaxılıb qalmalıdır. Ermənistanda və dünyanın ayrı-ayrı ölkələrində yaşayan ermənilər birdəfəlik başa düşməlidirlər ki, öz çirkli oyunları, yalan və böhtanları ilə bəşəriyyətin sivil, mədəni, sağlam düşünməyi bacaran kəsiyini cana yığıblar.
Ermənilər nəhayət dərk etməlidirlər ki, onillərdən bəri onlara vətənpərvərlik kimi aşılanan “ermənilik” əslində çox dəhşətli bir xəstəlikdir və bundan qurtulub dünyanın digər xalqları kimi başqaları ilə birgə yaşamağı öyrənməsələr, gözlərini həmişəlik özgə torpaqlarından çəkməsələr heç vaxt normal cəmiyyət, dövlət qura bilməyəcəklər”.
Elçin Mirzəbəyli bu münaqişədə haqlı tərəfin Azərbaycan olduğunu söyləyib:
“Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan ordusu xilaskar ordudur. Azərbaycan əsgəri xilaskar əsgərdir. O, Hitler faşizmindən daha dəhşətli və daha amansız olan “erməni xəstəliyi”nə - neofaşist erməni millətçiliyinə qarşı mücadilə aparır. Azərbaycan ordusu bütün qonşu dövlətlərə qarşı ərazi iddiasıyla çıxış edən, aqressiv separatizmi, terrorizmi, müharibə cinayətlərini dövlət siyasətinin əsas alətinə, təsir mexanizminə çevirən Ermənistan dövlətini sülhə məcbur etməklə ermənilərin özünü sivil, mədəni dünyanın bir parçasına çevirmək üçün savaşır.
Bu savaş insanlıq, bəşəri dəyərlər uğrunda müqəddəs savaşdır. Qəzamız mübarək olsun”.