“Dağlıq Qarabağın işğal edilməsi faktı qanuniləşdirilə bilməz”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə lideri haqlı mübarizəsində Azərbaycanın yanında olduqları fikrini bir daha təkrarlayıb:
“Ermənistanın Azərbaycana qarşı hücumları səbəbindən Dağlıq Qarabağ bölgəsində toqquşmalar baş verir. Qarabağ Ermənistanın 30 ilə yaxındır işğal etdiyi Azərbaycan ərazisidir. BMT və ATƏT-in açıq qərarlarına baxmayaraq, Ermənistan bu torpaqlardan çəkilməyib və Minsk Qrupu da indiyə qədər heç bir iradə nümayiş etdirməyib.
30 ildir qanqrenaya çevrilən bu problemin həlli işğala son qoymaqdır. Artıq bu ərazilərdə işğalın qanuniləşdirilməsi təkliflərinin tətbiq edilməsi şansı yoxdur. Türkiyə olaraq Azərbaycanı ədalətli mübarizəsində ürəkdən dəstəkləyirik”.