9 Oktyabr 2020 09:33
1 292
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistanlı fəal, tarixçi Zebiniso Hüseyn Kamalova Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın yanında olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, Zebinişo Hüseyn Kamalova Feysbuk hesabında video paylaşaraq, hadisələrini yaxından izlədiyini qeyd edib.

Özbəkistanlı tarixçi Azərbaycan dilində səsləndirdiyi müraciətində "Qarabağ Azərbaycandır" deyib:

"Əziz Azərbaycan xalqı, dünya ictimaiyyəti! 27 ildir ki, Azərbaycan torpaqlarının 20 faizi erməni separatçı rejiminin işğalı altındadır. Ermənistanın bu işğalı milyonlarla azərbaycanlı qardaş və bacılarımızı yurd-yuvasından köçkün düşürüb. Bir tarix akademiki kimi deyirəm ki, Qarabağ türk yurdudur. Bu, tarixi həqiqətdir. Ermənistan işğalçı qüvvələrinin Azərbaycanın torpaqlarını qaytarmasının tərəfdarıyam. Özbəkistan xalqının təmsilçisi olaraq Azərbaycanın yanına olduğumuzu bildirirəm. Azərbaycan beynəlxalq torpaq bütünlüyünü müdafiə edirəm. Ədalət üçün, Qarabağ Azərbaycandır deyirəm".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər