25 Oktyabr 19:55
816

Ötən müddət ərzində cəbhənin Ağdərə, Xocəvənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüş əməliyyatları davam etdirilib. Düşmən əməliyyat sahəsindəki qoşunlarımızı və Ağdam, Tərtər və Ağcabədi rayonlarını atıcı silahlar, tanklar, minaatanlar və toplardan atəşə tutub.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov Hərbi İnformasiya Mərkəzinin bu gün keçirilən Brifinqində deyib.

Onun sözlərinə görə, ordumuzun bölmələri əməliyyat planına uyğun olaraq əsas istiqamətlərdən döyüş fəaliyyətlərini davam etdirir və işğaldan azad edilmiş əraziləri bir qədər də genişləndirir:

"Qoşunlarımız cəbhənin Xocavənd, Laçın və Qubadlı rayonları ərazisində düşmənə ciddi atəş zərbələri endirərək onun müqavimətini zəiflədib və müxtəlif istiqamətlərdə döyüş mövqelərini düşmən təmizləyib. Ağdərə və Xocavənd istiqamətlərində yerləşən düşmən bölmələri ordumuzun cavab tədbirləri nəticəsində xeyli sayda canlı qüvvə itirib. Artıq Ermənistan tərəfində döyüş sursatının tükəndiyi, artilleriya qoşunlarının sıradan çıxdığı məlum olub. Qubadlı istiqamətindən gətirilən Ermənistan silahlı qüvvələrinin 543 alayının birinci taborunun qüvvələrində canlı qüvvə və hərbi texnika baxımından itkilər verərək geriyə çəkilib. Ermənistanın Koray vilayətinin çanxancor yaşayış məntəqəsindən Dağlıq Qarabağa ehtiyyatdan çağrılan hərbi vəzifəlilərin böyük hissəsi bölmələrimizin dəqiq atəş zərbələri ilə məhv edilib. Hərbi hava qüvvələrimizin döyüş aviasiyası cəbhənin Ağdərə və Ağdam istiqamətlərində düşmənin 3 tankını, 2 sığınacağını və 4 dayaq məntəqəsini dəqiq artilleriya zərbələri ilə məhv edib.

Azərbaycan ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmən xeyli sayda canlı qüvvəsi, eləcə də 3 ədəd tank, iki piyada döyüş maşını, 6 artilleriya qurğusu, 1 ədəd qiyasid topu, 2 ədəd qrat, 1 komanda idarəetmə məntəqəsi, 9 ədəd avtomobil texnikası və bir neçə atəş məntəqələri məhv edilərək sıradan çıxarılıb. Hazırda bölmələrimiz cəbhəboyu döyüşləri davam etdirir. Hərbi hava qüvvələrimizin döyüş aviasiyası düşmənin hərbi infrastrukturlarını hədəfə alır. Ümumi olaraq qoşhmlarımız əməliyyat şəraitinə tam olaraq nəzarət edir. Düşmən havadan və qurudan darmadağın edilir. Qələbə bizimlədir!"


Müəllif: Aysel Azad