Füzuli və Cəbrayıl rayonu ərazilərində aparılan axtarış zamanı daha 41 erməni hərbi qulluqçusunun cəsədi tapılıb.
Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, bu barədə axtarışda iştirak edən Yunan Tadeosyan bildirib.
O əlavə edib ki, bu günə qədər 933 cəsəd tapılıb: “Bu gün 5 axtarış qrupu üç istiqamətdə fəaliyyətini davam etdirir. Bunlar Füzuli, Cəbrayıl və Hadrutdur. Axtarışlarda itkin düşənlərin qohumları, döyüş əməliyyatı ərazisi ilə tanış olan insanlar da iştirak edir”.