11 Yanvar 2021 16:08
2 864
12 Punto 14 Punto 16 Punto 18 Punto

Atəşkəsdən sonra 48 mindən çox insan Qarabağa qayıdıb, əsirlərin və ölənlərin cəsədlərinin mübadiləsi aparılıb.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ermənistan və Azərbaycan liderlərinin iştirakı ilə Moskvada keçirilən üçtərəfli danışıqlarda bildirib.

"Məcburi köçkünlərin və qaçqınların təhlükəsiz qayıtması üçün az iş görülmür. 14 noyabrdan bu yana 48 mindən çox insan Qarabağa qayıdıb. Rusiyanın vasitəçiliyi ilə əsirlərin və ölülərin cəsədlərinin mübadiləsi həyata keçirilib", - deyə V.Putin deyib.

V.Putin Rusiyanın Qarabağla bağlı bütün hərəkətlərində ATƏT-in Minsk Qrupunun prinsiplərinə əməl edildiyini söyləyib:

“Bununla yanaşı xüsusi qeyd etmək istərdim ki, Rusiya bütün hərəkətlərində ATƏT-in Minsk Qrupu çərçivəsində əldə olunan əsas nəticələri izləməyə can atıb. Biz Minsk Qrupunun sədrləri ilə hərəkətlərimizi mütəmadi olaraq yoxlamağa davam edirik”.


Müəllif: Səxavət

Oxşar xəbərlər