15 Fevral 2021 00:44
467
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həkəri çayı – düşmən çayımızı da istismar etmişdir. Təbiətimizi də istismar etmişdir. Biz buna son qoyduq. Düşməni rədd etdik”.

Teleqraf.com xəbər verir ki, bu sözləri dünən Laçın rayonuna səfər edən Azərbaycan Prezidenti İlham Əliyev deyib.

“Düşmən Güləbird kəndini də dağıdıb, talan edib. Güləbird kəndinə getməyimizin səbəbi qısa müddətdə inşa edilmiş su elektrik stansiyasının açılışıdır və bu layihə azad edilmiş torpaqlarda birinci elektrik stansiyası olacaq. Digər stansiyalar da tikiləcək. Su, günəş, külək enerjisindən istifadə edəcəyik bütün azad edilmiş torpaqlarda”, - Azərbaycan Prezidenti vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, azad edilmiş torpaqların kənd təsərrüfatı potensialı çox böyükdür. Bu ərazilərdə bitkiçilik, meyvəçilik, heyvandarlıq sürətlə inkişaf edəcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dünən Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar.

Dövlət başçısının videogörüntülərini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində paylaşıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər