22 May 2021 14:30
514
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyətinin Ermənistan işğalından azad edilən Ağdam şəhərinə səfəri davam edir.

Teleqraf.com xəbər verir xəbər verir ki, nümayəndə heyəti Ağdamda Pənahəli xanın sarayına baş çəkiblər.

Onlar sarayın həyətində olan və ermənilər tərəfindən dağıdılan qəbirlərə baxış keçiriblər. Burada mərkəzin təmsilçilərinə ermənilərin törətdikləri vandalizm aktları barədə məlumat verilib. Qeyd edilib ki, işğal dövründə ermənilər bu qədim tarixi abidədə donuz saxlayıblar.

***

ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyətinin Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfəri başlayıb.

Teleqraf.com xəbər verir ki, nümayəndə heyətinin ermənilər tərəfindən viran qoyulmuş Ağdam şəhərində Cümə məscidi, İmarət qəbiristanlığı, Çörək muzeyi və Dram Teatrının qalıqları, Şəhidlər xiyabanı ilə tanış olması nəzərdə tutulur.

Tərkibində ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta, Michaell Repass, Rocet Kangas və Uermey Cohen olan nümayəndi heyəti Ağdam məscidini ziyarət edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər