8 İyun 2021 00:25
452
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəbrayıl rayonunda bu gün aparılan axtarışlar zamanı Ermənistan silahlı qüvvələrinin ikinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilmiş daha iki hərbçisinin meyiti aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, hərbçilərin meyitlərinin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibb ekspertizası təyin olunacaq. Onlar müharibə zamanı itkin düşmüş hesab edilirdi.

Bununla da Qarabağda meyiti tapılan itkin erməni hərbçilərin sayı 1 560 nəfərə çatıb.


Müəllif: Teleqraf.com