28 İyul 2021 20:21
1 035
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənistandakı hasilat və emal müəssisələri zəhərli tullantıları Oxçuçay çayına axıdaraq bölgənin ətraf mühitini zəhərləyir".

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva "Twitter"də bildirib.

Onun sözlərinə görə, bu tullantılar çayın faunasını məhv edir və insan sağlamlığı üçün təhlükəlidir.

"İnsanlar və ətraf mühitin zəhərləndirilməsi dayanmalıdır!", Azərbaycan XİN sözçüsü vurğulayıb.


Müəllif: Teleqraf.com