“Ermənistan hakimiyyəti tezliklə Qarabağın dağlıq hissəsini tərk edəcəyini anlayaraq buradan təbii sərvətlərin daşınmasını artırıb”.
Teleqraf.com xəbər verir ki, bu barədə rusiyalı politoloq Sergey Markov deyib.
“Qarabağda vəziyyət gərginləşib. Azərbaycanlı ekoloqlar Şuşada yolda (Laçın yolunda) piket keçirərək Ermənistan hakimiyyətindən mədəndən qızıl filizinin Qarabağdan daşınmasını dayandırmağı tələb edirlər. Azərbaycanda hər kəs bunu Qarabağın təbii sərvətlərinin işğalçılar tərəfindən talan edilməsi hesab edir. Ermənistan hakimiyyəti isə tezliklə Qarabağı (dağlıq hissəsini) tərk edəcəyini anlayaraq resursların daşınmasını artırıb”, - ekspert bildirib.