Azərbaycandakı müvəqqəti Rusiya sülhməramlıları Şuşa-Xankəndi yolunda - azərbaycanlı aktivist və QHT nümayəndələrinin etiraz aksiyası keçirdiyi ərazidə modul tipli yataqxanalar quraşdırmaq niyyətindədir.
Teleqraf.com-un məlumatına görə, yataqxanalar “Kamaz” markalı yük maşını ilə əraziyə gətirilib.
Modul tipli yataqxanaların yük maşınından götürülərək yerə qoyulması üçün qaldırıcı kran da gətirilib
Ehtimal edilir ki, sülhməramlılar aksiyaların gecəyə qədər davam edəcəyi qənaətinə gəliblər.
Modul tipli yataqxanalar şəxsi heyəti qida və istirahətlə təmin etmək üçündür.