15 Fevral 2023 12:25
2 325
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İrəvan Bakı ilə imzaladığı Praqa bəyannaməsi ilə Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiqləyib”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Respublikaçı partiyası sədrinin müavini Armen Aşotyan deyib.

Erməni siyasətçi sözügedən sənəddə Ermənistanın Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdığı Almatı bəyannaməsinə istinad edildiyini bildirib.

“Nikol Paşinyanın rəhbərlik etdiyi hakimiyyət keçən ilin fevral-mart aylarından Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi çərçivəsində fundamental sənəd kimi Almatı bəyannaməsinə istinad etməyə başlayıb. Hətta keçən il Praqada keçirilən dördtərəfli görüşün (Azərbaycan-Ermənistan-AB-Fransa) yekun bəyanatına bu istinadı daxil etdi. Bu faktları bir araya gətirərək deyə bilərəm ki, Qarabağ məsələsinin Almatı bəyannaməsi əsasında (yəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində) həlli reallığa çevrilib”, - Aşotyan bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər