28 Fevral 2023 16:15
1 743
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kremlin nə istəməsindən asılı olmayaraq, Laçın yolunda sərhəd və gömrük xidmətini yaradıb Rusiyanı fakt qarşısında qoymalıyıq”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Rusiya xarici işlər nazirinin Laçın yolu ilə bağlı açıqlamasına diqqət çəkib:

“Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlarının yekunları ilə bağlı birgə mətbuat konfransında bildirib ki, Laçın yolunun rejimi və onun funksiyası ən birinci üçtərəfli bəyanata - 10 noyabr razılaşmasına tam uyğun olmalıdır:

“Bu isə o deməkdir ki, Laçın dəhlizindən istisnasız olaraq mülki və humanitar yüklərin və mülki vətəndaşlarının hərəkətinin təmin olunması vacibdir. Biz təmaslarımızda, hər şeydən öncə, sülhməramlı kontingentin xətti ilə buna nail olmağa çalışırıq. Orada hansısa nəzarət-buraxılış məntəqələrinin yaradılmasına baxılmır. Amma dəhlizin təyinatı üzrə fəaliyyət göstərməməsi şübhəsini texniki vasitələrlə aradan qaldırmaq imkanı var. Biz bu gün buna toxunduq. Texniki detallar əhəmiyyətinə görə ikinci dərəcəlidir”.

Lavrov bununla demək istəyib ki, Azərbaycan Laçın yolunun qurtaracağında sərhəd və gömrük xidməti yaratmamalıdır. Lavrovun bizə “məsləhət” gördüyü texniki avadanlıqlar gözə kül üfürməkdir. Bu problemi həll etməyəcək. Biz Kremlin nə istəməsindən asılı olmayaraq, sərhəd və gömrük xidmətini yaradıb Rusiyanı fakt qarşısında qoymalıyıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər