18 Mart 2023 15:03
3 223
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağın dağlıq hissəsindəki erməni separatçıları hərbi vəziyyət üçün nəzərdə tutulan yeraltı sığınacaqları qaydaya salmağa başlayırlar.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

Nəşr separatçı rejimin “dövlət naziri” Qurgen Nersisyanın dünən Xankəndidə “hərbi qurumların rəhbərləri” Mexak Arzumanyan, Samvel Qriqoryan, Qriqori Saakyan və Armen Gevorqyanın iştirakı ilə toplantı keçirdiyini bildirib.

“Toplantıda humanitar məsələlərin müzakirəsi ilə yanaşı, sığınacaqların qaydaya salınmasının zəruriliyi də müzakirə olunub. Bu müzakirənin səbəbi nədir: yeni eskalasiyaya hazırlaşırlarmı? Mənbəmiz deyir ki, hərbi vəziyyət şəraitində sığınacaq problemi həmişə diqqət mərkəzində olmalıdır”, - məlumatda qeyd olunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər