12 Sentyabr 2023 23:18
454
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılğı ilə "Şuşa jurnalist tələbələrin gözü ilə" layihəsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, layihə çərçivəsində ölkəmizdə memarlıq, hüquq, diplomatiya, jurnalistika ixtisasları üzrə təhsil alan 180 xarici və yerli tələbənin Şuşa şəhərinə iki səfəri təşkil olunub.

Tələbələr Şuşa şəhərində bərpa-qurucluluq işləri, şəhərin tarixi abidələri ilə tanış olub, müvafiq ixtisalar üzrə tapşırıqlar icra ediblər.

"Şuşa jurnalist tələbələrin gözü ilə" layihəsində iştirak edən Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin 4-cü kurs tələbəsi Lalə Mənəfova öz təəsüratlarını bizimlə də bölüşüb:

"Uşaqlığımızdan dərsliklərdən Qarabağ torpaqları haqqında oxuyur, bu haqda yaşlıların dilindən eşidirdik. Şuşanı isə ayrı bir sevinclə, qürur hissi ilə təsvir edirdilər. Əksər uşaqlar kimi mənə də bu sehrli torpaqlar çox maraqlı gəlirdi, oraları görmək, duymaq istəyirdim. Zaman keçdi və rəşadətli Azərbaycan əsgərinin igidliyi sayəsində bu anı yaşamaq mənə də nəsib oldu.

Şuşaya ilk səfərim könüllü kimi ekoaksiya vaxtı olub. Növbəti dəfə isə " Şuşa jurnalist tələbələrin gözü ilə" layihəsi zamanı Şuşada qonaq oldum.

Layihədə təkcə yerli tələbələr deyil, həmçinin xarici tələbələrə - fransız, türk, yapon tələbələrə Qarabağın tarixi və mədəni inkişafı haqqında məlumatlar verildi. Əcnəbi tələbələr də bizim kimi əzəli torpaqlarımızla tanış olur, Qarabağ həqiqətlərini öyrənirdilər.

Layihə zamanı Şuşanı - Yer üzünün cənnətini qarış-qarış gəzdik, torpağı qoxladıq, suyunu içdik. Xan qızı Natavan bulağı, İgidlər oylağı Cıdır düzü, Şuşa qalası və Vaqifin məqbərəsini ziyarət etdik.

Dağıdılmış abidələri, evləri, infrastrukturları gördükdə üzülür, yenidənqurma işləri isə məni ruhlandırırdı.

Sevindirici haldır ki, 28 ildən sonra bu torpaqlarda təmir-bərpa işləri gedir, abadlaşdırılır və Şuşa turizm şəhərinə çevrilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir.

Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər