21 Sentyabr 2023 21:56
4 113
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Ordusu 24 saat ərzində erməni terrorçularının mövqelərini məhv etdi”.

Teleqraf.com xəbər verir ki, bunu türkiyəli analitik Əray Güçlüər deyib.

“On minə yaxın erməni separatçı dəstəsi hazırlanmışdı. Xəndəklər qazılmış, tanklar gətirilmiş, mövqelər qurulmuşdu. Çox ciddi hazırlıq gedirdi. Azərbaycan geciksəydi, onlara qarşı hücuma keçəcəkdilər. Hələlik bu təhlükənin aradan qaldırıldığını deyə bilərik”, - analitik bildirib.

Güçlüər sözlərini belə davam etdirib:

“İndi biz bu məsələnin siyasi prosesinə diqqət yetirməliyik. Ermənistanın 2020-ci ildə imzalanmış sazişin şərtlərini yerinə yetirməkdən başqa yolu yoxdur. Burada qələbənin Xankəndi ilə bağlı qazanılması da ayrı bir nailiyyətdir. Bu dəfə də proses uzanarsa, Azərbaycan yeni əməliyyatlar keçirəcək”.

Analitik Azərbaycan ordusunun antiterror tədbirlərinin ABŞ-ın Ermənistanla hərbi təlimlər keçirdiyi dövrə təsadüf etdiyinə toxunub:

“Burada kritik olan ABŞ-ın tənlikdə olmasıdır. Bakı sentyabrın 9-da Qarabağda keçirilən qanunsuz seçkini zibil qutusuna atdı. Qarabağ məsələsi qlobal aktorların mübarizə meydanına çevrilib. ABŞ yeni məcburiyyətlər və təxribatlar tətbiq etməyə cəhd edə bilər, amma Ermənistanın buna gücü çatmır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər