25 İyun 19:56
1 277
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Danışıqlarda diqqət mərkəzində olan bir çox məsələlər var. Birincisi, anklavlar məsələsidir. Bu, artıq həll olunmuş məsələ kimi görünür. Baş nazir Paşinyan sözügedən dörd anklavı təhvil verməklə çox inandırıcı addım atıb".

Teleqraf.com xəbər verir ki, bunu “Ermənistan və Azərbaycan sülhün astanasındadırmı” mövzusunda keçirilən müzakirədə Minsk Qrupunun keçmiş həmsədri Ceyms Uorlik bildirib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan sülh sazişi imzalamağa yaxınlaşırlar, lakin hadisələrin necə inkişaf edəcəyini söyləmək çətindir: "Biz keçmişdə dəfələrlə bu ssenarinin şahidi olmuşuq, tərəflər keçmişdə yaxınlaşıblar, lakin finiş xəttini keçə bilməyiblər”.

Uorlikə görə, digər problem demarkasiya məsələsidir ki, bu, çox vaxt aparacaq.

Digər problem nəqliyyat və kommunikasiya məsələsidir, xüsusən də Azərbaycanla (qərb rayonları ilə) Naxçıvan arasında dəhlizin açılması mürəkkəb məsələdir.

“Təkcə bu problemi həll etmək deyil, həm də bu dəhlizin yaradılması yolunu tapmaq hər iki ölkənin maraqlarına uyğundur. Azərbaycan dəmir yolu dəhlizinin olmasını istəyir və bunu alqışlayır. Düzünü desəm, ticarət və kommunikasiyaya yol aça biləcək belə bir sərhədi Ermənistan da alqışlamalıdır. Çətindir, amma hesab edirəm ki, razılığa gəlmək mümkündür. Ümid edirəm ki, tərəflər buna yaxınlaşır”, - Ceyms Uorlik bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər