14 Yanvar 12:57
203
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 15-də Xocalı şəhərinə və Xocalının Ballıca kəndinə növbəti köç karvanı yola salınacaq.

Teleqraf.com xəbər verir ki, respublikanın müxtəlif ərazilərində çətin şəraitdə müvvəqəti məskunlaşan Xocalıdan olan ailələr növbəti dəfə doğma torpaqlarına köçürüləcək.

Sabah Xocalı şəhərinə 6 ailə (25 nəfər), Xocalının Ballıca kəndinə isə 18 ailə (92 nəfər) yola düşəcək. Onlar əsasən Bakı, Sumqayıt, Gəncə şəhərləri, eləcə də respublikanın müxtəlif rayonlarında müvvəqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, indiyədək Xocalı şəhərinə 44 ailə, Ballıca kəndinə isə 48 ailə köçürülüb.

Ballıca kəndinə sonuncu köç dekabrın 27-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində olub. Həmin gün Ballıca kəndinə 21 ailə (119) nəfər köçürülüb.

Xatırladaq ki, Xocalı rayonu 1992-ci il fevralın 26-sı Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər