Ermənilərin Qarabağa qayıtmaları ilə bağlı nikbin deyiləm.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Bu barədə yaxşı bir şey deyə bilmərəm. Hökumətimizin siyasəti ondan ibarətdir ki, Qarabağdan olan soydaşlarımız ilkin tələbatlarını ödəyə bilsinlər”, - nazir qeyd edib.
Həmçinin Mirzoyan əlavə edib ki, əvvəllər ermənilərin Azərbaycan vətəndaşı olaraq qayıtmaq imkanları olub:
“Məndən soruşa biləsiniz ki, hara və hansı şərtlərlə qayıtmaq olar? Azərbaycan vətəndaşı olaraq belə bir imkan varmı? Məktəbdə erməni dilini öyrənəcək Azərbaycan vətəndaşları olaraq belə bir imkan var idi”.
Ermənistan xarici işlər naziri bununla bağlı Azərbaycanla danışıqların aparılıb-aparılmaması ilə bağlı suala mənfi cavab verib.