26 Aprel 2017 20:29
2 239
12 Punto 14 Punto 16 Punto 18 Punto

Könül Nağıyeva 1950-ci illərin əfsanəvi qadın sənətçilərini canlandıran fotosessiyaya imza atacaq

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Könül Nağıyeva 1950-ci illərin əfsanəvi qadın sənətçilərini canlandıran fotosessiyaya imza atacaq.

Teleqraf.com xəbər verir ki, aktrisa bu barədə Türkiyə mətbuatına açıqlamasında deyib.

Onun canlandıracağı qadınların sırasında Eva Qardner, Sofi Loren, Qreta Qabro, Odri Hepbörn, yunan müğənni Maria Kallas və başqaları yer alır.

“Bu qadınları canlandırmaq böyük məsuliyyət tələb edir. Çünki hədəfimiz obrazı birə-bir köçürmək deyil, ortaq məqamları tapıb öz tərzimizə uyğun təqdim etməkdir. Bu layihənin mənim üçün önəmi sonda insanların “ona bənzəyir” deməsi yox, “gözəl canlandıra bilib” deməsidir”.

İtaliyanın məşhur aktrisası Sofi Lorenlə dörd il öncə Moskvada görüşdüyünü deyən aktrisa ona heyran olduğunu bildirib:

“Təəssüf ki, bu layihədə canlandıracağım digər qadınları həyatda görmə şansım olmayıb. Amma onlar haqda məlumatları oxuyub, iş metodlarını incələyəndən sonra bu layihədə iştirak edə biləcəyimə inamım yarandı”.

Nərmin


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər