Teleqraf.com xəbər verir ki, Almaniyanın Berlin, Potsdam və başqa şəhərlərində keçirilən festivalda dramaturq "Saçını satan aktrisa" adlı dram əsəri ilə iştirak edəcək.
Almaniyanın Höte adına Universiteti tərəfindən təşkil olunan festivala Azərbaycan ilk dəfə qatılmaq şansı əldə edib. Avropa ölkələrindən 400 gənc dramaturq arasından 12 gənc dramaturq seçilib. Höte adına Universitetin təyin etdiyi münsiflər heyətinin seçdiyi həmin gənc dramaturqların əsərləri Almaniyada və başqa Avropa ölkələrində çap olunacaq, bir sıra Avropa teatrlarında səhnələşdiriləcək.
Gənc dramaturq eyni zamanda oktyabr ayında Sankt-Peterburq şəhərində dramaturgiya seminarında iştirak etmək dəvəti alıb.
Nərmin