1 İyul 2017 13:57
2 335
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda xəstəxanada olan xalq artisti Könül Xasıyevanı müxtəlif tanınmış insanlar ziyarət edir.

Teleqraf.com xəbər verir ki, bu dəfə Könül xanıma müğənni Vaqif Şıxəliyev baş çəkib.

O, Könül Xasıyeva ilə birgə fotosunu sosial şəbəkələrdə paylaşaraq yazıb:

“Xalqımızın sevilən sənətkarı, gözəl insan, gözəl ana Könül Xasıyeva! Allahdan sizə uzun ömür, can sağlığı arzulayıram. Oğlunuz Kazımın toyunu görməyinizi diləyirəm! Amin!”.

Uzun müddətdir onurğa iflicindən və şəkərdən əziyyət çəkən Könül Xasıyeva Respublika Diaqnostika Mərkəzində müalicə alır.


Müəllif: Könül Əlibəyli