2 İyul 2017 00:58
1 433
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur komediya ustası Cim Kerri keşmiş qayınanasından təzminat istəyib.

Teleqraf.com-un xəbərinə görə, tanınmış aktyor artıq uzun müddətdir ki, özünü öldürən keçmiş sevgilisi Ketriona Vaytın ailəsi ilə məhkəmələrdə görüşür. Belə ki, mərhumun ailəsi qızın məhz Cim Kerriyə görə intihar etdiyini iddia edirlər. Özünü öldürmüş Vaytın anası Cimin xəstə olduğunu və öz xəstəliyini sevgilisinə də keçirdiyini, daha sonra isə ayrıldıqlarına görə Ketrionanın öz həyatına son qoyduğunu söyləyirlər.

Bütün bu iddiaları əsassız sayan və hər dəfə rədd edən Cim bu dəfə bir az da hirslənərək, qızın ailəsindən şər atdıqlarına görə, 370 min dollar məbləğində təzminat istəyib. Cim bildirib ki, əgər onun günahını sübut edə bilməsələr, bu pulu ödəməli olacaqlar.

Qeyd edək ki, Ketriona 2 il əvvəl dərman içərək, özünü öldürmüş və yalnız ölümündən sonra onun başqa kişi ilə nikahda olduğu ortaya çıxmışdı.


Müəllif: Könül Əlibəyli