“Arşın mal alan”, “Alma almaya bənzər”, “Bizim Cəbiş müəllim”, “Qatır Məmməd”, “Qayınana”, “Tütək səsi” kimi filmlərdə bənzərsiz rolları ilə tamaşaçıların sevgisini qazanan kino və teatr aktrisası, xalq artisti Səfurə İbrahimova uzun illərdən sonra ilk dəfə efirə çıxıb.
Teleqraf.com xəbər verir ki, ARB kanalında yayımlanan “Səhər-səhər” verilişinin qonağı olan aktrisa efirə çıxmasının səbəbini açıqlayıb. Onun sözlərinə görə, bu yaxınlarda dünyasını dəyişən xalq artisti Zərnigar Ağakişiyevayla küsülü olmasına baxmayaraq, onun ölümünə çox üzülüb və efirə çıxmağa razılıq verib.
Bundan başqa, Səfurə xanım “Alma almaya bənzər” filminə çəkilən zaman 4 aylıq hamilə olduğunu, o vəziyyətdə suyun içində aparılan çəkilişlərdə iştirak etdiyinə görə uşağını itirdiyini, bundan sonra bir daha ana ola bilmədiyindən də danışıb.