23 İyun 2016 21:12
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin baş naziri Binəli Yıldırımın həyat yoldaşı Semiha Yıldırım millinin məşqçisi Fatih Terim və kapitan Arda Turanın ailə üzvlərinə zəng edib.

Teleqraf.com xəbər verir ki, Türkiyə İspnaiyaya 3:0 hesabı ilə məğlub olandan sonra sosial şəbəkələrdə Fatih
Terim və Arda Turan ağır sözlərlə təhqir olunublar.

Bu üzdən baş nazirin xanımı Terimin yoldaşı və qızına, həmçinin Arda Turanın anasına zəng edərək baş verənlərdən təəssüfünü ifadə edib".

Arda Turan Çex millisi ilə oyundan sonra verdiyi açıqlamada "biz nə pulgir olduq, nə də mükafat dalınca qaçan. Kimsədən pul istəmədik. Mənim üçün önəmli deyil. Anamı ağlatmasalar daha yaxşı olardı. Bəzilərini bağışlamayacam" deyib.

Ayxan


Müəllif:

Oxşar xəbərlər