16 Avqust 2016 08:08
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Microsoft Research" bölməsi və "MIT Media Lab" mütəxəssisləri tərəfindən hazırlanmış unikal döymənin köməyi ilə smartfonu idarə etmək və ya müxtəlif informasiyanı göndərmək olar.

"ICTnews" Elektron Xəbər Xidməti mail.ru saytına istinadən yazır ki, yeni qurğu "DuoSkin" adlanır. İstehsalçılar rəqəmli döymədən istifadə ilə əlaqədar üç ssenari düşünüblər. Belə ki, onun köməyi ilə kompüter və ya mobil qurğuları idarə etmək üçün əldə kiçik sensor panel yaratmaq olar. İstehsalçılara görə həm də belə döyməni dan insanı bəzəmək üçün istifadə etmək olar. Bundan əlavə təsvir sahibinin emosional vəziyyəti və ya bədən temperaturundan asılı olaraq rəngini dəyişmək qabiliyyətinə də malikdir.

Həmçinin rəqəmli döymədən kiçik tutumlu informasiyanın saxlanılmasında istifadə etmək olar. Belə döymə bədəndə bir həftə qala bilir. Təsvir zərdən yaradılır, ona görə hələlik elektron təsvir kütləvi tətbiq üçün əlverişli deyil.


Müəllif:

Oxşar xəbərlər