6 Oktyabr 2016 08:51
461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər il oktyabrın 4-dən 10-dək Ümumdünya Kosmos Həftəsi keçirilir. Bu il həftəlik distansiyalı zondlaşdırmaya və Yerin kosmosdan müşahidəsinə diqqəti cəlb etməyə həsr edilib.

1957-ci il oktyabrın 4-də Yerin ilk süni peykinin (“Sputnik-1”) orbitə çıxarılması, eləcə də dövlətlərin kosmik fəzanın, o cümlədən Ay və digər səma cisimlərinin öyrənilməsi və onlardan istifadə edilməsi üzrə fəaliyyət prinsipləri haqqında 10 oktyabr 1967-ci il tarixli müqavilənin qüvvəyə minməsi ilə əlaqədar, BMT Baş Məclisi 1999-cu il dekabrın 6-da Ümumdünya Kosmos Həftəsinin təsis olunması barədə qərar qəbul edib.

Ümumdünya Kosmos Həftəsi bütün planetdə qeyd ediləcək. Dünyanın 73 ölkəsində kosmik məkanın kəşfinə həsr edilən mindən çox tədbirin keçirilməsi planlaşdırılır.
İCT.az


Müəllif:

Oxşar xəbərlər