3 Fevral 2017 20:11
540

Quba şəhər 2 saylı təbiət fənnləri təmayüllü məktəb-liseyin 6-cı sinif şagirdi Hacı Hacıyev coğrafiya fənninə aid videodərsliklər hazırlayıb.

Onun ərsəyə gətirdiyi videoçarxlardan dərslərdə istifadə olunur.

Teleqraf.com "ARB Günəş"ə istinadən xəbər verir ki, “Fernan de Magellanın dünya səyahəti” adlı videodərslik məktəblinin ilk işidir. Hacı vulkanlarla bağlı qısametrajlı videodərslik də hazırlayıb. Həmin dərslikdə vulkanların yaranması və yer səthinə göstərdiyi təsirlərdən bəhs olunur. O əlaçıdır. Qrafik və montaj proqramları ilə işləməyi bacarır. Məktəbli müxtəlif animasiyalar da hazırlayır.

Hazırda tammetrajlı animasiya filmi üzərində çalışır.


Müəllif: