8 Fevral 2017 01:52
1 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçin Höteborg şəhərində onlarla yeniyetmə məktəbli qızı zorlayan 2 İran vətəndaşı saxlanılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, 51 yaşlı Nəvid Ətləsi və 26 yaşlı Berdiya Pəjuhi hakim qarşısına çıxarılıb.

Onlar əməllərini etiraf ediblər. Bildirilir ki, həbs edilən Berdiya Pəjuhinin mənzilini yoxlayarkən oradan qızların cinsi təcavüz səhnələrinin əks olunduğu 41 min şəkil və 1700 video-çarx aşkarlanıb.

Dindirmə zamanı bəlli olub ki, zəngin ailədən olan Berdiya Pəjuhi Göteborgda bir neçə restoran və 5 gecə klubuna malik 51 yaşlı Nəvid Ətləsi ilə əlbir olaraq kluba gələn yeniyetmə məktəbli qızları aldadaraq, onlarla dostluq əlaqəsinə girir, sonra isə onları klub sahibinin mənzilinə aparıb dərman içizdirdikdən sonra birlikdə zorlayırmışlar.

İsveç məhkəməsi hər iki İran vətəndaşını yeniyetmə məktəbli qızları zorlamaqda günahlandırıb. Nəvid Ətləsini 6 il, Berdiya Pəjuhini isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Elvin


Müəllif:

Oxşar xəbərlər