Naməlum şəxslər Fransada Tuari zooparkına girib ağ kərgədanı öldürüblər və onun buynuzunu mişarla kəsiblər.
Naməlum şəxslər buynuzu götürərək hadisə yerindən qaçıblar.
"Onlar kərgədanı güllələyiblər və buynuzlarından birini mişarla kəsiblər. İkinci buynuzda sadəcə mişarın izləri var və bu o deməkdirki onları kimsə qorxudub", - zooparkda qeyd ediblər.
Hadisə ilə bağlı araşdırma aparılır.
/Trend.az/